Bu bölmədə Məhdud Məsuliyyətli Cəmiyyətlərin (MMC), fərdi sahibkarların və qeyri-kommersiya hüquqi şəxslərin qeydiyyatı ilə bağlı aktual məlumatlar, qanunvericilikdə baş verən dəyişikliklər, dövlət qurumlarının rəsmi açıqlamaları və praktiki izahlar təqdim olunur.

Yükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi?

2024-cü ildə şirkətimiz tərəfindən yükdaşıma xidməti aldığımız fərdi sahibkar vergilərini “Fərqlənmə nişanı” alarkən ödədiyini əsas gətirməklə elektron qaimə-faktura verməkdən imtina edib. Bu il həmin sahibkardan yenidən yüklərin daşınması xidməti almağı düşünürük. Sözügedən fəaliyyətlə bağlı Vergi Məcəlləsinin hansı tələbləri vardır? İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2024-cü il yanvarın 1-dən Vergi…

ətraflı oxu
1 2 3 4

İstifadəçi üçün məlumatlar

Qeydiyyat və idarəetmə ilə bağlı tez-tez rast gəlinən mövzular üzrə izahlar

A confident businesswoman in a grey suit working on a laptop in a modern office setting.

Təsisçi – icra orqanının rəhbəri

Hüquqi şəxsin təsisçisi ilə icra orqanının rəhbəri eyni şəxs olduqda müqavilə münasibətləri necə tənzimlənir?

entrepreneur, start-up, man, planning, business, office, businessman, young, corporate, working, company, freelance, freelancer, notepad, notebook, sitting, couch, casual, man, man, man, man, man, business, business, office

Benefisiar mülkiyyətçi

Hüquqi şəxslərin benefisiar mülkiyyətçi haqqında məlumatın açıqlanmasına dair öhdəlikləri varmı?

труба, кирпич, завод, brick, factory, industry, old, mood, industrial

Sənayedə vergi güzəştləri

Vergi güzəştləri həm yerli, həm də xarici investorlar üçün sənaye sahəsində investisiya qoyuluşlarını daha cəlbedici edir. Bu isə yeni sənaye müəssisələrinin yaradılması və mövcud fəaliyyət sahələrinin genişləndirilməsi ilə nəticələnir.

Top view of tax forms, a calculator, and pen for tax preparation.

Vergiqoyma və vergitutma

Vergiqoyma dövlətin maliyyə fəaliyyətinin əsas və ayrılmaz tərkib hissəsidir. O, dövlətin öz funksiyalarını həyata keçirmək məqsədilə fiziki və hüquqi şəxslər üçün qanunvericilik yolu ilə məcburi vergi öhdəlikləri müəyyən etməsi prosesi kimi xarakterizə olunur.

Kommersiya qurumlarının dövlət reyestrinə daxil edilən məlumatlarındakı dəyişikliklərin tarixçəsi

e-mmc.az

MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏT

MMC təşkilati-hüquqi forma sahibkarlıq fəaliyyəti üçün ən çox istifadə olunan formalardan biridir və fəaliyyət sahəsindən asılı olaraq müxtəlif idarəetmə modelləri tətbiq edilə bilər.

VACİB MƏLUMAT

Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar.

VACİB MƏLUMAT

Səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər.

e-mmc.az

AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

Bu forma əsasən iri həcmli biznes fəaliyyətləri, investisiya cəlbi və geniş miqyaslı kommersiya layihələri üçün nəzərdə tutulur. İdarəetmə və nəzarət mexanizmləri daha detallı qaydada tənzimlənir.

e-mmc.az

QAPALI SƏHMDAR CƏMİYYƏTİ

Bu təşkilati-hüquqi forma səhmdarların tərkibinin məhdud saxlanılması və cəmiyyət üzərində nəzarətin qapalı dairədə həyata keçirilməsi məqsədilə yaradılır.

VACİB MƏLUMAT

Səhmləri yalnız onun təsisçiləri arasında və ya qabaqcadan müəyyənləşdirilmiş digər şəxslər dairəsində yayılan səhmdar cəmiyyəti qapalı səhmdar cəmiyyətidir. Bu cür cəmiyyət buraxdığı səhmlərə açıq abunə yazılışı apara bilməz və ya başqa şəkildə onları əldə edilmək üçün şəxslərin qeyri-məhdud dairəsinə təklif edə bilməz.

Vergi borcu barədə məlumatın verilməsi