MMC AÇMAQ (şirkət yaratmaq) – hüquqi şəxsin onlayn qeydiyyatı

MMC AÇMAQ

  • 1-ci mərhələ
  • 2-ci mərhələ
  • 3-cü mərhələ

Hüquqi şəxs haqqında

Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.

Elektron Xidmətlər

Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı, MMC yaradılması, VÖEN əldə edilməsi və elektron müraciətlə bağlı xidmətlər.

MMC qeydiyyatı

Şəxsiyyət vəsiqəsi ilə 1 iş günü ərzində onlayn MMC yaradılması üçün müraciət xidməti.

MMC bağlamaq

Fəaliyyətini dayandırmaq və ya MMC-lərin birdəfəlik ləğv proseduru üzrə müraciətlərin qəbulu.

MMC məlumat dəyişikliyi

Direktor, hüquqi ünvan, təsisçi və fəaliyyət məlumatlarında dəyişikliklərin rəsmiləşdirilməsi.

Möhür sifarişi

Yeni yaradılmış MMC-lər üçün rəsmi möhür hazırlanması və sifarişin qəbul edilməsi.

Asan İmza qeydiyyatı

Asan İmza ilə bağlı qeydiyyat, aktivləşdirmə və istifadə üzrə dəstək xidməti.

Obyekt uçotu

Vergi ödəyicisinin fəaliyyət göstərdiyi obyektin vergi orqanında uçota alınması.

Fərdi Sahibkar VÖEN qeydiyyatı

Fiziki şəxslər üçün fərdi sahibkar kimi qeydiyyatın aparılması və VÖEN-in əldə edilməsi xidməti təqdim olunur. Proses qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə həyata keçirilir.

QHT yaratmaq

İctimai birlik və fondların yaradılması, sənədlərin hazırlanması və dövlət qeydiyyatına təqdim edilməsi üzrə hüquqi dəstək göstərilir. Qeydiyyat prosesi elektron qaydada icra olunur.

Qeydiyyat

Ərizə qeydiyyat orqanında yoxlanılıb təsdiq edildikdən sonra mmc-nin vöeni, nizamnaməsi və dövlət reyestrindən çıxarış, qeydiyyata alınması barədə məlumat müraciət edən şəxsin elektron kabinetinə göndərilir.

Asan İmza

MMC-nin rəhbəri üçün Asan İmza biznes sertifikatının alınması məqsədilə müraciət müvafiq ASXM-ə göndərilir və icra olunur (yalnız elektron kabinetə Asan imza ilə daxil olunduqda). MMC ilə işçilər arasında bağlanmış əmək müqavilələrinin məlumatları ƏƏSMN-nin informasiya sisteminə ötürülür.

Rədd qərarı

Qeydiyyat orqanı qanunvericilikdə müəyyən edilmiş əsaslar üzrə MMC-nin dövlət qeydiyyatının aparılmasından imtina etdiyi halda müvafiq qərar istifadəçinin elektron kabinetinə göndərilir.

Digər hüquqi şəxslər

Qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. https://e-qht.az

Ərizə və Şikayətlərin yazılması

ETİBARLI VƏ ŞƏFFAF XİDMƏT

e-mmc.az platforması hüquqi şəxslərin, o cümlədən Məhdud Məsuliyyətli Cəmiyyətlərin (MMC) dövlət qeydiyyatı üzrə xidmətləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun, şəffaf və rahat şəkildə təqdim edir. Məqsədimiz müraciətçilər üçün prosesi sadə, anlaşılan və vaxt itkisiz həyata keçirməkdir.

01

Peşəkar və qanunvericiliyə uyğun xidmət

MMC-nin yaradılması və qeydiyyatı mövcud normativ-hüquqi aktlara uyğun olaraq icra olunur. Sənədlərin hazırlanması və təqdim edilməsi prosesi qanunvericiliyin tələblərinə tam riayət edilməklə həyata keçirilir.

02

Fərdi yanaşma və aydın məlumatlandırma

Hər bir müraciətçi üçün fəaliyyət sahəsi və təsisçi məlumatları nəzərə alınmaqla fərdi yanaşma tətbiq edilir. Prosesin bütün mərhələləri barədə müraciətçi vaxtında və aydın şəkildə məlumatlandırılır.

03

Operativlik və vaxtında icra

Müraciətlər qəbul edildikdən sonra sənədlər qanunvericilikdə nəzərdə tutulmuş müddətlərə uyğun olaraq operativ şəkildə hazırlanır və qeydiyyat prosesi nəzarətdə saxlanılır.

Tez-tez verilən suallar

MMC (şirkət) açmaqla bağlı tez-tez verilən suallar və cavabları ilə tanış olun

92%

yerli hüquqi şəxs

9,480

yeni mmc qeydiyyatı

1200+

şirkət ləğvi

1910+

fəaliyyətin dayandırılması