Hüquqi şəxslərin benefisiar mülkiyyətçi haqqında məlumatın açıqlanmasına dair öhdəlikləri
Hüquqi şəxslərin benefisiar mülkiyyətçi haqqında məlumatın açıqlanmasına dair öhdəlikləri 2025-ci ilin may ayında Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın…
Gömrük bəyannaməsində idxal edilən mallar üzrə əks olunan ƏDV məbləği necə hesablanır?
Mühasib və sahibkarlar üçün maraq doğuran mövzulardan biri də idxal əməliyyatları zamanı hesablanan və gömrük orqanlarına ödənilən ƏDV məbləğlərinin necə formalaşması ilə bağlıdır. İdxal edilmiş mallar üzrə ƏDV-nin hesablanması üçün öncə Vergi Məcəlləsinin 162-ci maddəsinə əsasən vergi tutulan idxalın dəyəri müəyyən edilməli, daha sonra hesablanmış məbləğə 18% ƏDV dərəcəsi tətbiq olunmalıdır. İdxal…
Aktiv ƏDV ödəyicilərinin sayı 10 faizdən çox artıb
1 yanvar 2026-cı il tarixinə aktiv vergi ödəyicilərinin sayı 6,5 faiz artaraq 859,3 min, aktiv ƏDV ödəyicilərinin sayı isə 10,6 faiz artaraq 58,4 min təşkil edib. Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 7,1 faiz artıb və 232,8 min olub.




VACİB MƏLUMAT
Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar.
VACİB MƏLUMAT
Səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər.
VACİB MƏLUMAT
Səhmləri yalnız onun təsisçiləri arasında və ya qabaqcadan müəyyənləşdirilmiş digər şəxslər dairəsində yayılan səhmdar cəmiyyəti qapalı səhmdar cəmiyyətidir. Bu cür cəmiyyət buraxdığı səhmlərə açıq abunə yazılışı apara bilməz və ya başqa şəkildə onları əldə edilmək üçün şəxslərin qeyri-məhdud dairəsinə təklif edə bilməz.
