MMC AÇMAQ – hüquqi şəxsin onlayn qeydiyyatı


Əsas məlumatlar:

1. Ərizə qeydiyyat orqanında yoxlanılıb təsdiq edildikdən sonra Hüquqi şəxsin şəhadətnaməsi, Hüquqi şəxsin nizamnaməsi və Dövlət reyestrindən çıxarış, eyni zamanda MMC-nin qeydiyyata alınması barədə məlumat müraciət edən şəxsin elektron kabinetinə göndərilir.
2. MMC-nin rəhbəri üçün Asan İmza biznes sertifikatının alınması məqsədilə müraciət müvafiq ASXM-ə göndərilir və icra olunur (yalnız elektron kabinetə Asan imza ilə daxil olunduqda).
3. MMC ilə işçilər arasında bağlanmış əmək müqavilələrinin məlumatları ƏƏSMN-nin informasiya sisteminə ötürülür.
4. Qeydiyyat orqanı qanunvericilikdə müəyyən edilmiş əsaslar üzrə MMC-nin dövlət qeydiyyatının aparılmasından imtina etdiyi halda müvafiq qərar istifadəçinin elektron kabinetinə göndərilir.

5. Onlayn MMC qeydiyyatı xidməti ödənişlidir.

Qeyri kommersiya qurumları haqqında

Qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər. https://e-qht.az

Ərizə və Şikayətlərin yazılması

Tez-tez verilən suallar

MMC (şirkət) açmaqla bağlı tez-tez verilən suallar və cavabları ilə tanış olun

Hüquqi şəxs haqqında

Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.

Hüquqi şəxsin adı

Hüquqi şəxsin öz təşkilati-hüquqi formasını göstərən adı olur. Qeyri-kommersiya təşkilatının adında hüquqi şəxsin fəaliyyətinin xarakteri göstərilməlidir. Qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edilə bilməz.
Kommersiya təşkilatı olan hüquqi şəxsin firma adı olmalıdır. Firma adı qanunla müəyyənləşdirilmiş qaydada qeydə alınmış hüquqi şəxsin həmin addan istifadəyə müstəsna hüququ vardır. Firma adlarının qeydiyyatı və işlədilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir.
Başqa hüquqi şəxsin firma adı ilə hüquqlar və vəzifələr əldə etməyə yol verilmir. Özgəsinin qeydə alınmış firma adından haqsız istifadə edən şəxs firma adına hüququ olanın tələbi ilə ondan istifadəyə son qoymalı və vurduğu zərərin əvəzini ödəməlidir.

Hüquqi şəxsin nizamnaməsi

Hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir.Banklar haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, bir təsisçinin yaratdığı hüquqi şəxs həmin təsisçinin təsdiq etdiyi nizamnamə əsasında fəaliyyət göstərir.
Hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir. Qeyri-kommersiya hüquqi şəxsinin nizamnaməsində onun fəaliyyətinin predmeti və məqsədləri müəyyənləşdirilir. Hüquqi şəxslərin (publik hüquqi şəxslər və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş nizamnaməsi ilə dövlət nəzarəti və yoxlama funksiyaları verilmiş hüquqi şəxslər istisna olmaqla) nizamnamələrində dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının nəzərdə tutulmasına yol verilmir.
Nizamnamədə dəyişikliklər dövlət qeydiyyatına alındığı andan üçüncü şəxslər üçün hüquqi qüvvəyə minir. Lakin hüquqi şəxslər və onların təsisçiləri (iştirakçıları) həmin dəyişiklikləri nəzərə almaqla hərəkət etmiş üçüncü şəxslərlə münasibətlərdə həmin dəyişikliklərin qeydə alınmadığına istinad edə bilməzlər.

Hüquqi şəxsin məsuliyyəti

Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsində və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir.

Hüquqi şəxsin hüquq qabiliyyəti

Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Kommersiya hüquqi şəxsləri qanunla qadağan edilməyən istənilən fəaliyyət növlərini həyata keçirmək üçün zəruri mülki hüquqlara malik ola və mülki vəzifələr daşıya bilərlər. Siyahısı qanunvericiliklə müəyyənləşdirilən ayrı-ayrı fəaliyyət növləri ilə hüquqi şəxslər yalnız xüsusi icazə (lisenziya) əsasında məşğul ola bilərlər.


Hüquqi şəxsin hüquqları yalnız qanunla nəzərdə tutulan hallarda və qaydada məhdudlaşdırıla bilər. Hüquqi şəxs öz hüquqlarının məhdudlaşdırılması haqqında qərardan məhkəməyə etiraz verə bilər.


Hüquqi şəxsin xüsusi icazə (lisenziya) alınması zəruri olan fəaliyyəti həyata keçirmək hüququ belə lisenziyanın alındığı andan və ya lisenziyada göstərilən vaxtda əmələ gəlir və bu hüquqa, əgər qanunvericiliklə ayrı qayda müəyyənləşdirilməyibsə, lisenziyanın müddəti qurtardıqda xitam verilir.

ŞİRKƏT YARADILARKƏN VACİB ƏLAVƏLƏR

Şirkətin fəaliyyətə başlaması üçün dövlət qeydiyyatından sonra tələb olunan əsas xidmətlər aşağıdakılardır.

MÖHÜR

Hüquqi şəxsin rəsmi sənədlərinin təsdiqi üçün möhürün hazırlanması zəruridir.
Möhür qanunvericiliyin tələblərinə uyğun hazırlanır və qısa müddət ərzində təqdim olunur.

ASAN İMZA

ASAN İmza elektron xidmətlərdən istifadə, vergi və digər dövlət portallarında əməliyyatların aparılması üçün tələb olunur.
Xidmətin aktivləşdirilməsi və istifadəsi üzrə tam dəstək göstərilir.

KASSA MƏDAXİL ORDERİ

Nağd pul əməliyyatlarının uçotu üçün ciddi hesabat blanklarının, kassa mədaxil orderinin tərtib edilməsi təmin olunur.

Elektron qeydiyyat xidmətləri

Sahibkarlıq və qeyri-kommersiya fəaliyyəti üçün əsas hüquqi qeydiyyat xidmətləri elektron qaydada təqdim olunur.

Fərdi Sahibkar VÖEN qeydiyyatı

Fiziki şəxslər üçün fərdi sahibkar kimi qeydiyyatın aparılması və VÖEN-in əldə edilməsi xidməti təqdim olunur. Proses qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə həyata keçirilir.

QHT yaratmaq

İctimai birlik və fondların yaradılması, sənədlərin hazırlanması və dövlət qeydiyyatına təqdim edilməsi üzrə hüquqi dəstək göstərilir. Qeydiyyat prosesi elektron qaydada icra olunur.

Hüquqi şəxsin yaradılması

Hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. Əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər. Hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə birgə məsuliyyət daşıyırlar.

Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər.

Hüquqi şəxsin anlayışı

Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər.

Hüquqi şəxsin olduğu yer

Hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının, siyasi partiyanın qərargahının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır.

Hüquqi şəxsin idarəsi

Hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. İdarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. İdarə ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz fəaliyyətinin məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlakın təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür.

Hüquqi şəxsin təsisçilərinin məsuliyyəti

Hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə birgə məsuliyyət daşıyırlar.

ETİBARLI VƏ ŞƏFFAF XİDMƏT

e-mmc.az platforması hüquqi şəxslərin, o cümlədən Məhdud Məsuliyyətli Cəmiyyətlərin (MMC) dövlət qeydiyyatı üzrə xidmətləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun, şəffaf və rahat şəkildə təqdim edir. Məqsədimiz müraciətçilər üçün prosesi sadə, anlaşılan və vaxt itkisiz həyata keçirməkdir.

01

Peşəkar və qanunvericiliyə uyğun xidmət

MMC-nin yaradılması və qeydiyyatı mövcud normativ-hüquqi aktlara uyğun olaraq icra olunur. Sənədlərin hazırlanması və təqdim edilməsi prosesi qanunvericiliyin tələblərinə tam riayət edilməklə həyata keçirilir.

02

Fərdi yanaşma və aydın məlumatlandırma

Hər bir müraciətçi üçün fəaliyyət sahəsi və təsisçi məlumatları nəzərə alınmaqla fərdi yanaşma tətbiq edilir. Prosesin bütün mərhələləri barədə müraciətçi vaxtında və aydın şəkildə məlumatlandırılır.

03

Operativlik və vaxtında icra

Müraciətlər qəbul edildikdən sonra sənədlər qanunvericilikdə nəzərdə tutulmuş müddətlərə uyğun olaraq operativ şəkildə hazırlanır və qeydiyyat prosesi nəzarətdə saxlanılır.

92%

yerli hüquqi şəxs

2,480

yeni mmc qeydiyyatı

12+

şirkət ləğvi

140+

fəaliyyətin dayandırılması